Texniki və estetik nəqliyyat vasitəsi xüsusiyyətləri (perqament kağızında sənəd)
Məzmun: istehsal tarixi, model, şassi nömrəsi, mühərrik nömrəsi, həcm və yanacaq sistemi, silindr sayı, sürətlər qutusu növü, kuzov tipi, disklər, boya kodu ilə xarici rəng, dəri kodu ilə salon rəngi, mümkün aksessuarlar.
İtalyan və ya İngilis dillərində mövcuddur.
Nəqliyyat vasitəsinin tarixi məlumatları (perqament kağızında sənəd)
Məzmun: istehsal tarixi, istehsal olunduğu zavodun adı, model, şassi nömrəsi, sifariş tarixi, təhvil tarixi, diler, ilk sahibi (mövcuddursa), təhvil zonası.
İtalyan və ya İngilis dillərində mövcuddur.
Mənşə Sertifikatı
Məzmun: istehsal tarixi, istehsal olunduğu zavodun adı, model, şassi nömrəsi, mühərrik tipi, silindr sayı, həcm, mühərrik nömrəsi, kuzov tipi.
İtalyan və ya İngilis dillərində mövcuddur.
Qeyd: Mənşə sertifikatı Maserati tərəfindən səlahiyyətli nümayəndə tərəfindən imzalanmış rəsmi sənəddir.
Orijinal tarixi sənədlərin həqiqi surətləri (perqament kağızında surətlər)
Maserati Tarixi Arxivində sənədlərin mövcudluğundan asılı olaraq, Maserati Classic orijinal tarixi sənədlərin həqiqi surətlərini təqdim edə bilər, məsələn avtomobilin texniki məlumat vərəqi, son test vərəqi, təhvil sənədi, daxili sifariş və s.
XX əsrin əvvəllərində sürət gündəlik həyatımıza daxil olaraq bir çoxlaırnın ruhunu alovlandırdı. Bu illər Maserati qardaşlarının mexanika və avtomobil dünyasına ilk addımlarını atdığı və yüzillik əfsanənin təməlini qoyduğu dövr idi. Hər bir Maserati avtomobilinin tarixini müşayiət edən bir əfsanə. Yenidən kəşf ediləcək və sahib olunacaq bir tarix.
Bu gün Maserati Classiche Maserati Tarixi Arxivinin qapılarını açaraq müştərilərə keçmişə real səyahət edib hər bir Trident nişanlı avtomobilin tarixi sənədlərini yenidən kəşf etmək imkanı yaradır. İllər ərzində bu böyük arxiv çoxsaylı sənədləri qoruyub saxlamışdır və bu gün Maserati əksər avtomobillər üçün yalnız orijinal tarixi sənədlərin həqiqi surətlərini deyil, həm də mənşə sertifikatlarını, texniki və estetik xüsusiyyətlərə dair sənədləri və hətta avtomobilinizin tarixi məlumatlarını təqdim edə bilir.
Zəngin Maserati Tarixi Arxivi Trident brendi tərəfindən istehsal edilmiş əksər avtomobillərin sifariş verildiyi gündən təhvil verildiyi günə qədər olan tarixini əks etdirən çoxsaylı sənədləri qoruyur. Bu, bütün Maserati həvəskarları üçün öz “Maserati Classica” avtomobillərinə aid orijinal tarixi sənədlərin həqiqi surətlərini əldə etmək üçün unikal imkandır.
Avtomobilin orijinal tarixi sənədlərinə çatmaq imkanından asılı olmayaraq, Maserati Classiche öz pərəstişkarlarına Maserati mənşəyini təsdiq edən və avtomobilin tarixini sübut edən digər vacib məlumatları əhatə edən müasir sənədləri əldə etmək imkanı təqdim edir.
Maserati S.p.A.
Viale Ciro Menotti, 322 – 41121, Modena (MO), Italy
Company registered under Italian law - VAT: IT 08245890010 R.E.A. Modena 347990
Share capital: 80.000.000 €, fully paid-up
Direction and coordination under Article 2497 of the Italian Civil Code: Stellantis N.V.
maserati@pec.fcagroup.com
www.maserati.com
International
Africa
Europe
America
Asia
Middle-east
Oceania
Africa
Europe
America
Asia
Middle-east
Oceania