Modellər
  • SUV
  • İDMAN ÜSLUBLU
  • Super idman üslubu

Satinalma
Təcrübələr
Brend
Şedevrlər
Sahi̇bli̇k
İrs
Mühərrikli Idman Növləri

Quattroporte V

Restaylinq

QP RESTYLING_2880x1920
Daha çox göstər
Daha azına bax
no results
TƏSVİR
Modelin təqdimatından beş il keçmiş və 15,000-dən çox avtomobil istehsal olunmuşdu ki, Quattroporte incə bir restaylinq keçirdi. Pininfarina Maserati-nin flaqman modelini onun orijinal dizaynındakı saflığa və zərifliyə toxunmadan yenidən işlədi. Yenilənmiş ön və arxa hissə avtomobilə təravətli, müasir görünüş bəxş etməklə bərabər GranTurismo modelləri ilə olan vizual bağlılığı daha da gücləndirdi. Salonda isə yeni məlumat-əyləncə sistemi, peyk naviqasiya sistemi və həmçinin yeni interyer rəngləri təqdim olundu. Kapotun altındakı klassik 4.2 litrlik V8 yaş karterli mühərrikə Quattroporte S və Quattroporte Sport GT S versiyalarında daha güclü 4.7 litrlik mühərrik əlavə olundu. Quattroporte Sport GT S, şübhəsiz ki, Maserati-nin istehsal etdiyi ən həyəcanverici lüks sedan və performans avtomobili birləşməsi idi və beynəlxalq mətbuat tərəfindən “smokinq geyinmiş idman avtomobili” kimi tərif edilirdi. Restaylinq olunmuş Quattroporte modelləri yalnız altı pilləli avtomatik transmissiya ilə təqdim olunurdu, çünki Duoselect versiyası artıq ləğv edilmişdi.
XÜSUSİYYƏTLƏR
İstehsal illəri
2008 - 2013
Həcmi
4,244
cc
Ən yüksək sürət
275
KM/H
Model Kodu
M139
Kuzov növü
4 qapılı, 5 nəfərlik salon
Dizayn
Pininfarina
İstehsal olunmuş avtomobil sayı
2021
Şassi
Ön və arxa alt ramalı monokok polad konstruksiya
Xalis çəki
1970 kq
Mühərrik konfiqurasiyası
90° V8 mühərrik, 32 ədəd klapan, qoşa üst paylayıcı val, nəm yağ karteri
Maksimum güc
400 at gücü 7000 rpm-də
İstehsal illəri
2008 - 2013
Həcmi
4,691
cc
Ən yüksək sürət
285
KM/H
Model Kodu
M139
Kuzov növü
4 qapılı, 5 nəfərlik salon
Dizayn
Paninfarina
İstehsal olunmuş model sayı
4032
Şassi
Ön və arxa alt ramalı monokok polad konstruksiya
Xalis çəki
1990 kq
Mühərrik konfiqurasiyası
90° V8 mühərrik, 32 ədəd klapan, qoşa üst paylayıcı val, nəm yağ karteri
Maksimum güc
440 at gücü 7000 rpm-də
DAHA ÇOX XÜSUSİYYƏT DAHA AZ XÜSUSİYYƏT

Bizə öz hekəyələrinizi danışın

Please make sure all fields are filled out correctly. Missing step
geri
növbəti

Maserati S.p.A.
Viale Ciro Menotti, 322 – 41121, Modena (MO), Italy

Company registered under Italian law - VAT: IT 08245890010 R.E.A. Modena 347990

Share capital: 80.000.000 €, fully paid-up
Direction and coordination under Article 2497 of the Italian Civil Code: Stellantis N.V.

maserati@pec.fcagroup.com
www.maserati.com