Modellərin
  • Suv
  • İdman üslublu
  • super i̇dman üslublu
  • Super i̇dman üslublu

Satinalma
Təcrübələr
Brend
Şedevrlər
Sahi̇bli̇k
İrs
Mühərrikli Idman Növləri

A6GCS Berlinetta

Pinin Farina

BERLINETTA_2880x1920
   
Daha çox göstər
Daha azına bax
no results
TƏSVİR
1954-cü ildə Turin Avtomobil Sərgisində çox xüsusi bir avtomobil təqdim olundu — Pinin Farina tərəfindən dizayn edilmiş zərif, qapalı “berlinetta” kuzovuna malik 2000 Sport modeli. 2000 Sport (layihə adı A6GCS) yarışlar üçün nəzərdə tutulmuş çox uğurlu açıq iki oturacaqlı avtomobil idi və dövrün yarış sürücüləri arasında mükəmməl sürücülük performansına görə böyük rəğbət qazanmışdı. 1952-ci il Mille Miglia yarışı güclü yağış altında keçmişdir. Buna görə də, növbəti il yarışda iştirak edən bəzi Maserati müştəriləri Pinin Farinadan 2000 Sport-un Berlinetta versiyasını yaratmağı xahiş etdilər. Maserati, şassiləri üzrə birbaşa Pinin Farina tərəfindən kuzov hazırlatmaq imkanına malik deyildi, çünki Turin şəhərində yerləşən şirkət yeni olaraq Enzo Ferrari ilə müqavilə imzalamışdı. Roma şəhərində Maserati satıcısı Giuglielmo “Mimmo” Dei altı ədəd boş A6GCS/53 şassisi satın alaraq Pinin Farinaya onları zərif berlinetta kuzovus ilə təchiz etməsini sifariş vermişdir. Nəticədə, altı şassidən dördü Pinin Farina tərəfindən hazırlanmış kuzov ilə təchiz edildi, onlardan biri isə 1954-cü ildə Turin avtosalonunda təqdim olunmuş və Ferrari həvəskarlarında böyük məyusluq yaratmışdır. Zərif berlinetta avtomobil tarixində ən gözəl nümunələrdən biri kimi tanındı. Bu, həm də Pinin Farinanın Maserati loqosunu daşıyan son dizaynı oldu və növbəti 50 il ərzində dəyişmədən qaldı. Bu dörd nümunənin hamısı bu günə qədər qorunub saxlanılıb və onlar tarixi Maserati avtomobilləri arasında ən çox tələbat olan modellər sırasındadır. Onlardan biri Umberto Panini Kolleksiyasında sərgilənir.
XÜSUSİYYƏTLƏR
İstehsal illəri
1953 - 1954
Həcmi
1,985.5
cc
Ən yüksək sürət
235
KM/H
Model Kodu
Tipo A6GCS/53
Kuzov növü
Berlinetta
Dizayn
Pinin Farina
İstehsal olunmuş avtomobil sayı
4
Şassi
Uzununa və çarpaz detallı polad boruşəkilli konstruksiya, alüminium kuzov
Quru halda çəki
740 kq
Mühərrik konfiqurasiyası
Düz 6 silindrli, qoşa üst paylayıcı val
Maksimum güc
170 at gücü 7500 rpm-də
DAHA ÇOX XÜSUSİYYƏT DAHA AZ XÜSUSİYYƏT

Bizə öz hekəyələrinizi danışın

Please make sure all fields are filled out correctly. Missing step
BACK
NEXT

Maserati S.p.A.
Viale Ciro Menotti, 322 – 41121, Modena (MO), Italy

Company registered under Italian law - VAT: IT 08245890010 R.E.A. Modena 347990

Share capital: 80.000.000 €, fully paid-up
Direction and coordination under Article 2497 of the Italian Civil Code: Stellantis N.V.

maserati@pec.fcagroup.com
www.maserati.com